Almaniya

Əsas favorit Nuri Şahindir?

 Edin Terziç istefa verdikdən sonra Dortmund “Borussiya”sında köməkçi məşqçi olan Nuri Şahin baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yaxın saatlarda tərəflər arasında danışıqlar aparılmalıdır. Vurğulanır ki, 35 yaşlı mütəxəssis “Borussiya”nın baş məşqçi postu üçün favorit olsa da, alman klubu digər namizədləri də müzakirə edir.

Xatırladaq ki, Şahin 2024-cü ilin yanvarında Terziçin köməkçisi vəzifəsinə təyin edilib. Türkiyəli futbolçu bundan əvvəl 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi “Antalyaspor”a rəhbərlik edib.

Aut.az