İspaniya

“Real”ın paltardəyişmə otağında tələb edirlər: Onunla bağlı dəqiq məlumat verin

“Real”ın futbolçuları Kilian Mbappeni transfer edilib-edilməyəcəyi haqda dəqiqi məlumat almaq istəyirlər.

Aut.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Edu Agirre məlumat yayıb.

O bildirib ki, “Real”ın paltardəyişmə otağında Kilian Mbappenin komandaya qoşulub-qoşmayacağını anlamaq istəyirlər.

Daha əvvəl bildirilirdi ki, forvard PSJ ilə müqaviləni uzatmayacağını açıqlamalıdır.

25 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 27 oyunda 28 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az