Musa Qurbanlı komanda yoldaşı rəsmən İngiltərə nəhəngində
“Tottenhem” “Yorqorden”in və İsveç millisinin yarımmüdafiəçisi Lukas Berqvallı heyətinə qatıb.
Aut.az xəbər verir ki, müqavilə fevralın 2-də – futbolçunun 18-ci doğum günündə imzalanıb.
Berqvall “Brommapoykarna” yetirməsidir. 2023-cü ilin qışında “Yorqorden”ə keçib. O, ötən il paytaxt klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. 2024-cü ilin yanvarında Estoniya ilə yoldaşlıq oyununda İsveç millisində debüt edib.
Qeyd edək ki, Lukas Berqvall Azərbaycan millisinin üzvü Musa Qurbanlı ilə “Yorqorden”də komanda yoldaşı olub.
