Oteldə atəş açmağın cəzası açıqlandı
Ulduz biatlonçu Sturla Holm Lægreid ötən ilin dekabrında İsveçrənin Lenzerheide şəhərində keçirilən Dünya Kuboku zamanı oteldə təsadüfən gülləl atdığı üçün cəzalandırılıb.
Aut.az xəbər verir ki, Beynəlxalq Biatlon İttifaqı (IBU) norveçli idmançını 500 avro məbləğində cərimələyib və silah hazırlığı kursları keçməyi tapşırıb.
Norveç millisi isə 2500 avro məbləğində cərimələnib və eyni zamanda idmançılara oxşar kurslardan keçmək məcburiyyətində qalacaq.
Xatırlayaq ki, bu qeyri-ixtiyari atışdan sonra Læqreidin Lenzerheydə kütləvi startda iştirakına icazə verilməyib .
