Avropa nəhənginin təklifini niyə rədd edib?
Qış transfer pəncərəsinin zamanı PSJ “Bavariya”nın mərkəz müdafiəçisi Matthijs de Ligt ilə müqavilə bağlamaq üçün bir neçə cəhd edib.
Aut.az xəbər verir ki, lakin Münhen klubunun oyunçusu fransız nəhənginin bütün təkliflərini rədd edib. Bu barədə “L’Équipe” məlumat yayıb.
Daha əvvəl mətbuatda “Bavariya”nın da 24 yaşlı müdafiəçidən ayrılmaq niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. Bunu Münhen klubunun baş məşqçisi Tomas Tuxel də təsdiqləyib və “Bavariya”nın gələcəkdə de Liqtə ümid etdiyini bildirib.
Xatırladaq ki, de Liqt 2022-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində niderlandlı futbolçu bütün turnirlərdə 58 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
