İspaniya

Ter Ştegeni aeroportda haqladılar: “Klubla münaqişə var” iddiasına cavab aldılar

Mark-Andre ter Ştegen “Barselona” ilə münasibətlərinin yaxşı olmadığı barədə yayaılan məılumata münasibət bildirib.

Aut.az xəbər verir ki, alman qapıçı bu məlumatı təkzib edib.

Kataloniya klubunun qapıçısı bu gün belindən əməliyyat olunacaq. O, dünən əməliyyat olunacağı Bordoya yollanıb. Jurnalistlər futbolçunu Barselona hava limanında qarşılayıb və ondan klubla mümkün münaqişə barədə soruşublar.

“Klubla münasibətlər həmişəki kimi yaxşıdır, bu dəyişməyib” ter Stegen deyib.

Qapıçı fiziki durumundan da danışıb.

“Əgər əməliyyat olunursansa, deməli, nəsə səhvdir, elə deyilmi?” alman qeyd edib.

Aut.az