“Çelsi”də ildə 7 milyon qazanırdı: Görün “Əl-Nəsr”də nə qədər alacaq
Joao Feliks Səudiyyə Ərəbistanında İngiltərədəkindən 2,5 dəfə çox qazanacaq.
Daha əvvəl “Çelsi”nin yarımmüdafiəçisinin 30 milyon avroya “Əl-Nasr” a keçməyə yaxın olduğu bildirilirdi. Bonuslar və yenidən satışın bir faizi hesabına məbləğ 50 milyona yüksələ bilər.
Aut.az xəbər verir ki, “Correio da Manhan”ın məlumatına görə, futbolçunun Ər-Riyad klubunda illik maaşı 17,5 milyon avro olacaq. “Çelsi”də portuqaliyalı təxminən 7 milyon avro qazanıb, “Benfika” ona hər mövsüm üçün 3 milyon avro təklif edib.
Feliks ötən mövsümün ikinci yarısında “Milan”da icarə əsasında çıxış edib.
Aut.az
