Dünya futbolu

Agenti bu klubun idman müşaviri ilə görüşdü

Joze Mourinyo PSJ-ni çalışdırmağa yaxındır.

Aut.az verir ki, “Roma”nı çalışdıran portuqaliyalı məşqçi mövsümün sonunda Fransa təmsilçisinə yollana bilər. Artıq Paris klubunun idman müşaviri Luis Kamposla məşqçinin agenti Xorxe Mendeş arasında ilkin danışıqlar olub.

60 yaşlı Mourinyonun Kamposla yaxşı münasibətləri olduğundan, keçidin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Roma” bu mövsüm portuqaliyalının rəhbərliyi altında A seriyasında 34 matça çıxıb. Son 5 oyunda cəmi 5 xal toplayan paytaxt klubu 58 xalla 7-ci pillədə qərarlaşıb.