Di Mariyadan qeyri-adi qayıdış: Həm qol vurdu, həm də – VİDEO
Dünya çempionu Anxel Di Mariya doğma klubu “Rosario Sentrala” qayıtdıqdan sonra ilk oyununu keçirib.
Aut.az xəbər verir ki, 37 yaşlı vinger Argentina çempionatında “Qodoy Krus”a qarşı görüşdə start heyətində meydana çıxıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Di Mariya 78-ci dəqiqədə penaltidən hesabı açıb. Amma oyunun sonlarında topuq nahiyəsinə zərbə alaraq ağrı içində meydanı elektrik avtomobili ilə tərk edib. Kompensasiya olunmuş dəqiqələrdə qonaqlar hesabı bərabərləşdiriblər.
“Bu sadəcə sümüyün üzərinə gələn zərbə idi. Hər şey qaydasındadır”, – deyə məşhur futbolçu matçdan sonra azarkeşləri sakitləşdirib.
Di Mariya “Rosario Sentral”ın yetirməsidir. O, 2007-ci ildə Avropaya yollanıb və karyerası ərzində “Benfika”, “Real”, “Mançester Yunayted”, “PSJ” və “Yuventus” kimi klublarda çıxış edib.
Aut.az
