Dünya futbolu

Onun transferi rəsmiləşdi

“Yuventus”dan ayrılan Anxel Di Mariyanın yeni klubu bəlli olub.

Aut.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Portuqaliyanın “Benfika” klubuna keçib. Azad agent olan oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb

35 yaşlı futbolçu 2007-2010-cu illərdə də “Benfika”da çıxış edib. Ötən mövsüm “Yuventus”da çıxış edən dünya çempionu “Real”, “Mançester Yunayted” və PSJ kimi klubların da formasını geyinib.