Bu oyunu səbirsizliklə gözləyirik – “Qarabağ”ın legioneri
“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində “Linkoln”a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.
Aut.az xəbər verir ki,” TNT Sports”a (Braziliya) danışan 25 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib:
“Linkoln”la oyunlar çox çətin olacaq. Bu, hər hansı bir turnir deyil, Çempionlar Liqasıdır. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün dörd mərhələdən keçməliyik. Bu, uzun yoldur. Amma ümid edirəm ki, məqsədə çatacağıq”.
Qeyd edək ki, “Qarabağ” “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
