İspaniya

“Real”la Vinisiusun nə problemi? – Danışıqlar dalana dirənib

 “Real”ın komandanın hücumçusu Vinisiusla bağlı planları dalana dirənib.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Müqavilənin bir neçə ay əvvəl tərtib edildiyi və qarşıdakı mövsümün başlamasına qədər imzalanmasının planlaşdırıldığı, lakin “Real”ın hələ ki, müqavilə ilə bağlı əlaqə saxlamadığı qeyd edilir.

Futbolçunun özü də danışıqların tez yekunlaşmasına təşəbbüs göstərmir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədər hesablanıb.

Bundan əvvəl braziliyalının Səudiyyə Ərəbistanından 5 illik müqavilə ilə bağlı 960 milyon avroluq təklif aldığı bildirilirdi. Bundan əlavə, ona 2034-cü ildə həmin ölkədə keçiriləcək dünya çempionatının səfiri olmaq təklif olunub.

Aut.az