Modriç rəsmən açıqladı: Şənbə günü son matçım olacaq
“Real Madrid”in 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Aut.az xəbər verir ki, xorvatiyalı futbolçu bu barədə sosial şəbəkədə yazıb:
“Əziz “Real” azarkeşləri, vaxt gəldi. Heç vaxt istəmədiyim an gəldi, amma bu futboldur və həyatda hər şeyin başlanğıcı və sonu var… Şənbə günü “Santyaqo Bernabeu”da son matçımı keçirəcəyəm”.
Aut.az
