Dünya futboluİspaniya

Sensasion iddia: Ançelotti Braziliyadan sonra “Real”a qayıdacaq

Karlo Ançelotti Braziliya millisi ilə öhdəliklərini yerinə yetirdikdən sonra “Real”a qayıdacaq.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis yenidən Madrid klubuna qayıtdıqdan sonra onun buradakı rolu ilə bağlı qərar veriləcək.

Bazar ertəsi, mayın 12-də Braziliya Futbol Konfederasiyası (CBF) Ançelottinin klub mövsümünün sonunda milli komandanın baş məşqçisi olacağını açıqlayıb.

Aut.az