Neymarın atasını heyran edən oyunçular: Futbola onlara görə baxırıq
Neymarın atası Neymar da Silva PSJ-nin cinah oyunçusu Desire Due haqqında xoş sözlər deyib.
Aut.az xəbər verir ki, futbolçu daha əvvəl etiraf etmişdi ki, Neymarın oyun ərzini bəyənir.
“Məni heyran edən çox adam yoxdur. Lamin Yamal, Desire Due, braziliyalılar Rafinya, Vinisius Junior… Onların sayəsində futbola baxırıq. Onlar üçün Neymar ilham mənbəyidir. Duenin oğluma pərəstiş etdiyini dediyini eşidəndə xoşbəxt oluram”, – “L’Equipe” Neymarın atasından sitat gətirib.
2024/2025 klub mövsümünün 55 matçında Due 15 qol vurub və 16 məhsuldar ötürmə edib.
Aut.az
