Dünya futboluAzərbaycan futbolu

Musa Qurbanlı növbəti sınağına çıxır

Azərbaycanlı futbolçu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxacaq.

Aut.az xəbər verir ki, Musanın komandası 25-ci tur çərçivəsində “Halmstad”ı qəbul edəcək.

Matç Bakı vaxti ilə saat 17:00-da başlayacaq.

“Yurqorden” hazırda 40 xalla 4-cü, “Halmstad” isə 29 xalla 11-cidir. Siyahıya 52 xalla “Malmö” başçılıq edir.

Qeyd edək ki, yayda “Qarabağ”ı “Yurqorden”ə dəyişən forvard İsveç çempionatında meydana çıxdığı 8 matçda 2 qol vurub. O, həmçinin kubokda da 1 dəfə fərqlənib.