Azərbaycan futbolu

“Karvan” – “Difai Ağsu” 2:0 – VİDEO

Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.

Aut.az xəbər verir ki, “Karvan” doğma meydanda “Difai Ağsu”nu qəbul edib. Qarşılaşma Kənan Kərimovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən “Karvan” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 1 xalı olan “Difai Ağsu” isə IX yerdədir.

“Karvan” – “Difai Ağsu” 2:0

Qollar: Elnur Mustafazadə, 71, İzzət Müştaqov, 76