Mövsümün ən yaxşı məşqçiləri: Arteta ikincidir, Emeri…
Nüfuzlu “Goal” portalı klub mövsümünün yekunlarını təqdim etməyə davam edir.
Aut.az xəbər verir ki, bu dəfə mütəxəssislər 2025/2026 klub mövsümü üçün ən yaxşı məşqçilərin reytinqini təqdim ediblər. PSJ-ni ardıcıl ikinci il Çempionlar Liqası tituluna aparan Luis Enrike reytinqə başçılıq edir.
Parislilər həmçinin Fransa liqasını, Fransa Super Kubokunu, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıblar. Mikel Arteta ikinci yerdədir. Onun “Arsenal”ı 2004-cü ildən bəri ilk dəfə İngiltərə çempionluğunu qazandı və eyni zamanda Çempionlar Liqasının finalına yüksəldi.
Vinsent Kompani ilk üçlüyü tamamlayır və “Bavariya” rekord sayda qol vuraraq Almaniya çempionluğunu qazandı.
Unai Emeri, Sesk Fabreqas, Hans-Diter Flik, Kristian Kivu, Andoni İraola, Françesko Farioli və Pyer Saj ilk 10-luqda qərarlaşıblar. Xosep Qvardiola isə 11-ci yeri tutub.
Aut.az
