Dünya futbolu

Messidən unikal statistika: 1200-ə çatdı

“İnter Mayami”nin futbolçusu Lionel Messi MLS-in adi mövsümünün “Nyu İnqlilənd”lə matçında (4:1) hesablı unikal nəticəyə imza atıb.

Aut.az xəbər verir ki, matçın əsas qəhrəmanlarından biri olan argentinalı dubl və assist edib. Bununla o, karyerasında 1200-ci qolda pay sahibi olub.

O, 1057 matçda bu göstəriciyə çatıb. Leo 832 qol vurub, 368 dəfə isə komanda yoldaşlarına fərqlənmək imkanı yaradıb.

Aut.az