Almaniya

Müller “Bavariya”dakı qalmaqal barədə: Vecimə də deyil

“Bavariya”nın hücumçusu Tomas Müller baş məşqçi Tomas Tuxellə fəxri prezident Ole Höness arasında yaranan mübahisədən danışıb.

Aut.az xəbər verir ki, funksioner məşqçini futbolçu almaqda və gənc futbolçuları yetişdirməməkdə ittiham edib. Tuxel isə bu fikirlərin məşqçi şərəfinə təhqir olduğunu deyib.

“Ayntraxt”la oyundan (2:1) sonra jurnalistlər Müllerdən bu mübahisə haqda soruşublar.

“Arxa fonda səs-küy yaranır, çünki siz bu barədə daim bizdən soruşursunuz. Uli Höness açıqlama versəydi və heç kim ondan soruşmasaydı, ümumiyyətlə səs-küy olmazdı. Oliver Kanın əfsanəvi müsahibəsindən sitat gətirmək istəyirəm: “Mənim vecimə də deyil”, – “Sky Sport” Müllerdən sitat gətirib.

Aut.az