Onun unikal çempionluq seriyası qırıldı: “Bayer”ə görə
“Bayer” Bundesliqanın 29-cu turunda “Verder”i məğlub edərək (5:0) 2023/24 mövsümü üçün vaxtından əvvəl çempionluğu təmin edib.
Aut.az xəbər verir ki, bununla “Bavariya”nın vingeri Kinqsli Komanın ardıcıl 11 mövsümdür davam edən seriyası qırılıb.
Koman peşəkar karyerasına PSJ-də başlayıb və 2013-2014-cü illərdə klubla 2 dəfə Liqa 1-in qalibi olub. Bundan sonra 2014-2016-cı illərdə “Yuventus”la 2 dəfə İtaliya çempionu olub. “Bavariya” ilə ardıcıl 8 dəfə Bundesliqanın qalibi olub (2015-2023). Bu o deməkdir ki, o, karyerasının 11 ilində çempionluq sevinci yaşayıb.
Bu mövsüm 27 yaşlı Koman “Bavariya”nın heyətində 17 oyun keçirib. Lakin aprelin 13-də zədələnib sezonu erkən qapayıb.
Aut.az
