“Bayer”də yayın ilk transferi – FOTO
“Bayer” yay transfer pəncərəsində ilk keçidi tamamlayıb.
Aut.az xəbər verir ki, Leverkuzen klubu “Renn” və Fransa gənclər komandasının müdafiəçisi Januel Belosyan ilə müqavilə bağladığını açıqlayıb.
Sol və mərkəz müdafiəçisi mövqelərində çıxış edən 19 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-dək müqavilə imzalanıb.
Ötən mövsüm Belosyan “Renn”in heyətində bütün turnirlərdə 27 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Aut.az
