Dünya futbolu

Lukaku Puşkaşı ötdü, Əliyə çatdı

Belçika millisinin hücumçusu Romelu Lukaku Lüksemburqla yoldaşlıq oyununda (3:0) dubla imza atıb.

Aut.az xəbər verir ki, 31 yaşlı forvard yığmanın heyətində 115 oyuna 85 qol vurub. Bunun sayəsində o, millidə vurulan qolların sayında əfsanəvi macar hücumçu Ferens Puşkaşı (84 qol) ötüb.

Lukaku BƏƏ millisinin bombardiri Əli Mabxuta çatıb. Onlar birlikdə milli komandalar tarixinin ən məhsuldar futbolçuları siyahısında 6-cı yeri bölüşürlər. “İlk 5”-liyə düşmək üçün Lukaku 89 qol vurmalıdır.

Qeyd eədk ki, bu siyahıda rekordçu Portuqaliya yığmasının heyətində 128 dəfə fərqlənən Kriştiano Ronaldodur.

Aut.az