İngiltərəAlmaniya

Premyer Liqa klubu 31 yaşlı məşqçiyə tapşırılır

“Brayton” baş məşqçi postuna Fabian Qurseleri bu təyin etməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə insayder Ben Yakobs məlumat yayıb.

“Qağayılar” mütəxəssislə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. Qurseler ingilis komandasının layihəsindən razı qalıb.

Hazırda 31 yaşlı məşqçinin çalışdığı “Sent Pauli” ilə təzminatla bağlı danışıqlar aparılır.

Qeyd edək ki, “Sent Pauli” Fabianın rəhbərliyi altında Bundesliqa 2-nin qalibi olub və elitaya vəsiqə qazanıb.

Aut.az