“Arsenal”ın gənclər komandasının üzvü Çido Obi-Martin diqqət mərkəzinə düşüb.
Aut.az xəbər veirr ki, o, İngiltərə U-18 liqasının “Norviç”lə matçında rekorda imza atıb.. O, “topçular”ın 9:0 hesablı qələbəsində 7 qolla pay sahibi olub.
16 yaşlı futbolçunun ilk qolu ilk saniyələrdə vurub. 17-ci dəqiqədə hücumçu artıq het-trikini rəsmiləşdirib. O, ilk yarını beş qolla tamamlayıb. İkinci hissədə isə aktivinə daha iki qol əlavə edib.
Bununla o, U-18 liqası tarixində bir görüşdə ən çox fərqlənən futbolçu olub. Maraqlıdır ki, bu, onun şəxsi olaraq ən yaxşı nəticəsi deyil. Çido ötən ilin noyabrında U-16 liqası çərçivəsində keçirilən “Liverpul”la görüşdə (4:3) 10 qol vurmuşdu.
Obi-Martinin üç milli komandada oynamaq imkanı var. O, Danimarkada dünyaya gəlib. Anası danimarkalı, atası isə nigeriyalıdır. Ancaq İngiltərədə böyüyüb və bu ölkənin vətəndaşıdır. Bunun sayəsində o, 2022-ci ildə “Arsenal” akademiyasına daxil olub.
Hazırda Danimarka millisinin formasını geyinir. U-17 səviyyəsində 14 oyunda 10 qol vurub. Onun “Arsenal” gənclər komandalarındakı statistikası isə 22 matçda 28 qoldur.
“Topçular”ın əsas komandasının baş məşqçisi Mikel Arteta gələn mövsüm qolçu forvarddan istifadə edə bilər. Futbolçu artıq “topçular”ın əsas heyətinin məşqlərində iştirak etməyə başlayıb.
Aut.az