Samir Abasov o oyunun hesabını Xaviyə demədi: Bu haqda soruşma – VİDEO
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın düşərgəsində təcrübə keçir.
Aut.az xəbər verir ki, Abasov Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ilə görüşüb. Onların arasındakı dialoq marağa səbəb olub.
Belə ki, məşqçilər 2009-cu ildə keçirilən Azərbaycan – İspaniya oyunu haqda danışıblar. Həm Abasov, həm də Xavi oyunçu kimi həmin matçda forma geyiniblər.
Xavi oyunun hesabını soruşduqda, Abasov gülərək “bu haqda soruşma” deyib.
Qeyd edək ki, həmin oyun 6:0 hesabı ilə İspaniya yığmasının xeyrinə başa çatıb.
Aut.az
