İspaniya

İlk dəfə paylaşdı: Şakiranı bu qıza dəyişib – Foto

Ötən ilin noyabrında gözlənilmədən futbolçu karyerasını başa vuran Jerar Pike gündəmdən düşmək bilmir.

Aut.az xəbər verir ki, 12 illik sevgilisi Şakira ilə qalmaqallı şəkildə – xəyanətə görə münasibətlərinə son qoyan futbolçu yenə diqqət mərkəzindədir. O, bu dəfə kolumbiyalı müğənni ilə ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə bağlı paylaşım edib.

İlk dəfə paylaşdı: Şakiranı bu qıza dəyişib - Foto

35 yaşlı sabiq müdafiəçinin yeni rəfiqəsinin adı Klara Çiadır. Cütlüyün daha əvvəldə internetdə fotoları yayılsa da, 23 yaşlı Çianın üzü təsvir olunmurdu. Ancaq Pikenin “İnstaqram” paylaşımından sonra ispaniyalı modelin futbolçu ilə şəkilləri açıq şəkildə görünüb.

Qeyd edək ki, paylaşım bir neçə saat ərzində 2 milyondan çox bəyənmə toplayıb.

 

İlk dəfə paylaşdı: Şakiranı bu qıza dəyişib - Foto