Şahmat

Azərbaycan şahmatçısı Dünya Kubokunda yarımfinala yüksəldi

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda növbəti görüşünə çıxıb.

Aut.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşla qarşılaşıb. Abbasov rəqibini məğlub edib – 1:0.

Tərəflər arasındakı ilk görüş heç-heçə başa çatmışdı.

Abbasov bu nəticə ilə yarımfinala vəsiqə qazanıb.