Atası Yamalı “Barsa”nın əfsanəsinə bənzətdi – Messi deyil
“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamalın atası Munir Nəsraui oğlunu əfsanəvi Dieqo Maradona ilə müqayisə edib.
Aut.az xəbər verir ki, 17 yaşlı Yamalı tez-tez Kataloniya klubunun tarixinin ən yaxşı bombardiri Lionel Messi ilə müqayisə edirlər, lakin Laminin atası onun oyununun “Barselona”nın digər əfsanəsi Dieqo Maradonaya bənzədiyinə inanır.
Nasraui sosial şəbəkədə “Möhtəşəm oğul, sən mənə böyük Dieqo Armando Maradonanı xatırladırsan” yazıb.
Aut.az
