İspaniya

“Real”da növbəti zədə

“Real”ın qapıçısı Tibo Kurtuada sağ ayağının uzun gətirici əzələsində zədələnmə aşkarlanıb.

Aut.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kurtua La Liqanın 12-ci turunda “Rayo Valyekano” (0:0) ilə oyunda zədə alıb.

“Real”ın tibbi xidmətinin apardığı müayinədən sonra Tibo Kurtuanın sağ ayağının uzun gətirici əzələsində zədə müəyyən edilib. Onun bərpa prosesi klubun həkim heyətinin nəzarəti altında olacaq”, – deyə klubun açıqlamasında bildirilir.

Madrid klubu Kurtuadan əlavə, yarımmüdafiəçi Federiko Valverdenin də zədələndiyini açıqlayıb.

12 turdan sonra 31 xal toplayan “Real” İspaniya çempionatına liderlik edir.