İspaniya

“Barsa”nın dərdindən danışdı – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın “Neqreyra işi” ilə bağlı hakimlərə rüşvət verməkdə ittiham olunmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Qvardiola bu barədə “Mirrior” nəşrinə danışıb.

“Mənim tam əmin olduğum şey budur ki, “Barselona” güclü olduğu üçün qalib gəlirdi, çünki rəqiblərindən daha yaxşı idi. Mən buna indi də əminəm.

Rəqibimizdən qat-qat üstün olduğumuz üçün qalib gəlirdik.  Amma ədalət əslində nə baş verdiyini üzə çıxaracaq”, – Qvardiola deyib.

Pep 2008-2012-ci illərdə Kataloniya komandasını çalışdırıb.

Aut.az