“Barsa” İlkaya təşəkkür etdi
“Barselona” “Mançester Siti”yə keçən alman yarımmüdafiəçi İlkay Gündoğana təşəkkür edib.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bəyanat yayılıb.
“Klub Gündoğana fədakarlığına və öhdəliyinə görə minnətdarlığını bildirir və ona gələcəkdə həm şəxsi, həm də peşəkar səviyyədə uğurlar arzulayır”, – açıqlamada bildirilir.
İlkay Gündoğan 2023-cü ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib və 2023/2024 mövsümündə “Blaugrana”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.
“Bohum”un yetriməsi olan İlkay peşəkar karyerasının əvvəlində “Nürnberq” və Dortmund “Borussiya”sı kimi komandalarda çıxış edib. Almaniya millisinin heyətində yarımmüdafiəçi Avro-2012-nin bürünc medalını qazanıb. Gündoğan “Mançester Siti”nin heyətində 304 oyun keçirib, 60 qol vurub və 38 məhsuldar ötürmə edib.
Aut.az
