Bunun bədəlini ödəyəcək şəxs o olacaq – “Real”ın əfsanəsi
“Real Madrid”in sabiq hücumçusu Xorxe Valdano Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”ə məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Xorxe Valdano “Movistar”da bildirib:
“Komandanın transferlərə ehtiyacı var. Bu, danılmazdır.
Alvaro Arbeloaya gəldikdə, klubun mövqeyini anlamaq üçün vaxta ehtiyacımız var, amma biz artıq bilirik ki, bu, çox nəticəyönümlü bir klubdur.
Əgər bu nəticə mövsümün sonuna qədər əldə edilməsə, məşqçi mütləq bunun bədəlini ödəyəcək şəxslərdən biri olacaq”.
Aut.az
