Mbappe niyə Vinisiusa güzəşt edib?
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın daimi penalti oyunçusu Kilian Mbappenin La Liqanın 11-ci turunda “Valensiya” ilə oyunda (4:0) Vinisius Juniora güzə.t. hetməsi haqda danışıb.
Aut.az xəbər verir ki, Alonso “Mbappe yenidən “Qızıl buts”u qazanmağı hədəfləyərkən Vinisiusa penaltini niyə güzəşt etdi? Sualına belə cavab verib:
“O, iki qol vurmuşdu. Komanda ruhu əladır və Mbappe ilə Vinisius arasındakı münasibət əladır”.
Braziliyalı penaltini dəqiq yerinə yetirə bilməyib.
Mbappe matçın 19 və 31-ci dəqiqələrində “Valensiya”nın qapısına qol vurub.
Aut.az
