Çempionlar Liqasında oynayıb, indi dönər satır – FOTO
Çempionlar Liqasının iştirakçısı karyerasını 29 yaşında bitirib və hazırda kabab satışı ilə məşğuldur.
Aut.az xəbər verir ki, söhbət türkiyəli futbolçu Orkan Çınardan gedir. O, “Beşiktaş”ın və Türkiyənin hər yaşda olan gənclərdən ibarət komandalarının oyunçusu olub, gələcəyin ulduzu hesab edilsə də, karyerası alınmadı. Cinah oyunçusu hətta üçüncü liqada oynadı və nəhayət, ailə biznesinə başlamaq üçün 29 yaşında karyerasını bitirdi.
Orkan qardaşı ilə birlikdə dönərxana açıb. Hətta piştaxta arxasında özü işləyir.
Aut.az

