Bellinqemin bu tarixdə meydanlara qayıdacaq
Yarımmüdafiəçi Cud Bellingem ən azı oktyabrın sonuna qədər “Real”ın və İngiltərə millisinin heyətinə qayıtmayacaq.
Aut.az xəbər verir ki, bu barədə AS nərşi məlumat yayıb.
Klub futbolçuya bərpa prosesində məşqlərə başlamazdan əvvəl bir neçə əlavə istirahət günü verib.
Qeyd edək ki, yarımmüdafiəçi çiynindən uğurlu əməliyyat keçirib. Bu, 2023-cü ilin noyabrında “Rayo Valyekano” ilə oyunda aldığı çıxıq təkrarlandığı üçün zəruri olub. Həmin vaxt oyunçu “kral klubu”nun heyətində çıxışını davam etdirmək üçün cərrahi müdaxilə olmadan reabilitasiya kursuna üstünlük vermişdi.
2023/24 mövsümündə Bellingem bütün turnirlərdə 58 matça çıxaraq 15 qol vurub və 15 məhsuldar ötürmə edib.
Aut.az
