“Tottenhem” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq – FOTO
UEFA Avropa Liqasının 1-ci turunda “Qarabağ”ın qarşılaşacağı “Tottenhem”in ehtimal heyəti müəyyənləşib.
Aut.az xəbər verir ki, baş məşqçi Ange Postekoqlu rotasiya etmək qərarına gəlib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Mahmızlar” Ağdam klubu ilə matçda bir neçə ulduz futbolçusu olmadan çıxacaq. Postekoqlu xüsusilə kapitan Son Hın-Minə istirahət vermək qərarına gəlib. Onu Timo Verner əvəzləyəcək.
Qeyd edək ki, sentyabrın 26-da Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Tottenhem”in ehtimal “11-liy”i belədir:
Qapıçı: Freyzer Forster;
Müdafiəçilər: Arçye Qreyy, Miki Van de Ven, Radu Draquşin, Destini Udoyi;
Yarımmüdafiəçilər: Ceyms Meddison, Lukas Berqvall, Yves Bissuma;
Hücumçular: Timo Verner (kapitan), Dominik Solanke, Brennan Conson.
.png)
