Avropa Liqası

“Qarabağ” Sloveniya səfərində

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” sözügedən yarışın ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.

“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.

UEFA Avropa Liqası: Pley-off mərhələsi, ilk oyun
24 avqust

22:00 Olimpiya (Sloveniya) – Qarabağ (Azərbaycan)
Baş hakim: Georgi Kabakov
Lyublyana. “Stojitse” stadionu