Xanım futbolçunu öpən prezidentə qarşı yeni ittiham: Sevgilisi ilə…
İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales, meksikalı sevgilisi ilə birlikdə federasiyanın hesabına Nyu-Yorka 6 günlük səfər etməkdə ittiham olunur.
Aut.az xəbər verir ki, bu barədə ispan nəşri “El Confidencial” məlumat yayıb. Nəşrin yazdığına görə, cütlüyün Manhetteni öz kefləri üçün gəzdiyini sübut edən onlarla audio mesaj var və Rubiales uçuş, otel və avtomobil icarəsi üçün bütün xərcləri RFEF-in hesabına ödəyib.
Bildirilir ki, funksioner yaxın ətrafına tapşırıb ki, onlara səfərlə bağlı sual verilsə, MLS, daha sonra isə BMT nümayəndələri ilə görüş olacağını bildirsinlər.
İspaniyalı jurnalistlər bu görüşlərin heç birinin əslində baş tutmadığını iddia edirlər. Nyu-Yorkda idman tədbirləri təşkil edən “Relevent”in direktoru Rubialesdən görüş istəyib. Onun Manhettendə bir restoranda görüşməyə razılaşdığı, lakin son anda imtina etdiyi bildirilir.
Faktla bağlı hüquqi araşdırmalar davam etdirilir. Rubialesin günahı sübuta yetirilərsə, bu, üç ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Aut.az
