İspaniya

“Sevilya” bəyanat yaydı: Heç kimə güzəşt edilməyəcək

“Sevilya” futbolçuları daşıyan avtobusa və klub bazasına azarkeşlərin hücumu ilə bağlı rəsmi açıqlama yayıb.

Aut.az xəbər verir ki. açıqlamada deyilir:

“Sevilya” şənbə axşamı “Selta” ilə matçdan sonra əsas komandanın qayıdışı zamanı baş vermiş təşkilatlanmış hücumu qətiyyətlə pisləyir.

Anlayırıq ki, komandada heç bir futbolçunun istəmədiyi bir vəziyyət hökm sürür və bu, etirazlara səbəb olur. Lakin bu etirazlar zorakılıq, təhdid və vandallıqla müşayiət olunursa, bu, qəbuledilməzdir.

Klub əməkdaşlara, futbolçulara, texniki heyətə və rəhbərliyə qarşı baş verən zorakılıq halları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcək. Biz təhlükəsizlik qüvvələrindən bu iyrənc əməlləri xüsusi qəddarlıqla törədən təşkilatlanmış radikal qruplaşmanın bütün üzvlərinin tapılması üçün maksimum ehtiyatlılıq göstərmələrini xahiş edirik.

Həmçinin, “Sevilya” bu cinayətlərin törədilməsində məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi üçün əlindən gələni edəcəyini və əgər bu şəxslər komandanın azarkeşləridirsə, onlara qarşı güzəştə getməyəcəyini öhdəsinə götürür.

Klub şənbə günü baş vermiş hadisələr kimi zorakılıq və cinayət xarakterli hərəkətlərlə müşayiət olunan bütün etirazları tam şəkildə qınayır.”

İspaniya La Liqasının 35-ci turunda “Selta”ya 2:3 hesabı ilə uduzduqdan sonra “Sevilya”nın azarkeşləri komandanın bazasına hücum edib.

35 turdan sonra “Sevilya” 38 xalla La Liqada 16-cı pillədə qərarlaşıb. Komandanın qələbəsiz oyunlar seriyası səkkizə çatıb.

Aut.az