İtaliya

Martinesdən “İnter”ə bəd xəbər

“İnter”in hücumçusu və kapitanı Lautaro Martines A Seriyasının növbəti iki oyununu buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə “FC Inter News” məlumat yayıb.

Martines əzələ zədəsindən tam sağalmamasına baxmayaraq, Çempionlar Liqasının “Barselona”ya qarşı cavab yarımfinal matçında (4:3 qələbə) 71 dəqiqə oynayıb. İndi isə argentinalı futbolçu zədəsini tam sağaltmaq və may 31-də keçiriləcək PSJ-yə qarşı final görüşünə hazır olmaq istəyir.

Beləliklə, Lautaro 11 və 18 may tarixlərində keçiriləcək “Torino” və “Latsio” ilə A Seriyası qarşılaşmalarını buraxacaq. Onun qayıdışı 25 mayda “Komoya” qarşı A Seriyasının son – 38-ci tur oyununa planlaşdırılıb.

Hazırkı mövsümdə Martines “İnter”in heyətində bütün turnirlərdə 48 oyunda iştirak edib, 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az