Sabiq “Yuve”li “Milan”a keçməkdən imtina etdi
İyulun əvvəlindən azad agent statusuna sahib olan “Yuventus”unun sabiq yarımmüdafiəçisi Adrien Rabyo “Milan”ın təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bu, “rossoneri”ni transfer planlarını dəyişməyə məcbur edib. Buna görə “qırmızı-qaralar” yarımmüdafiəçisi İsmael Bennaseri Səudiyyə Ərəbistanına satmayacaq.
Ötən mövsüm Rabyo “Yuventus”un heyətində bütün turnirlərdə 35 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Fransa millisinin 29 yaşlı yarımmüdafiəçisi ilə “İnter”in də maraqlandığı bildirilir.
Aut.az
