İtaliya

Konte də istefaya göndərildi

Baş məşqçi Antonio Konte “Napoli”dən ayrılıb.

Aut.az xəbər verir ki, klubun mətbuat xidməti bunu rəsmi olaraq açıqlayıb. Tərəflər tərəfdaşlıqlarını vaxtından əvvəl dayandırmaq barədə razılığa gəliblər. Kontenin məşqçilər heyəti də komandadan ayrılacaq.

Klub Konte və köməkçilərinə işlərinə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb. İtaliyalı məşqçi iki mövsüm “Napoli”yə rəhbərlik edib. Bu müddət ərzində komanda 2024/25 mövsümündə İtaliya çempionatını və həmin ilin dekabrında İtaliya Super Kubokunu qazanıb.

Əlavə edək ki, sonuncu mövsümü “Napoli” ikinci yerdə bitirb.

Aut.az