Necə bir konsert idi – Pikenin reaksiyası
“Barselona”nın sabiq müdafiəçisi Jerard Pike İspaniya La Liqasının 11-ci turunda katalonların “Real” üzərində inamlı qələbəsini şərh edib. Görüş 4:0 hesabı ilə başa çatıb. “Biz unikalıq.
Aut.az xəbər verir ki, Pike bu barədə “X” səhifəsində yazıb.
“Onlar heç vaxt bizim kimi ola bilməzlər. Bütün” La Masia” gəncləri ilə. Necə bir konsert idi. Necə də qürurludur”, – Pike yazıb.
Aut.az
