Görün “Barsa” Yamalın maaşını nə qədər artırır: Digərləri narazıdır
“Barselona”nın ulduz cinah oyunçusu Lamin Yamalın 18 yaşı tamam olduqdan sonra yeni müqaviləyə əsasən onun maaş xeyli artıracaq.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
“Barsa” öz istedadına ildə 30-45 milyon avro maaş təklif etməyə hazırdır ki, bu da oyunçunun hazırkı qazancını 15 dəfə üstələyəcək.
“Barselona”nın təcrübəli futbolçuları bu qərarın komandadakı ab-hava üçün pis olduğunu düşünərək, vəziyyətdən narazıdırlar. Onların fikrincə, bu, maaşların iyerarxiyasını və balansını pozacaq.
Bu mövsüm 17 yaşlı Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 48 matçda 14 qol vurub və 24 məhsuldar ötürmə edib.
Aut.az
