İngiltərə

“Liverpul”dan darmadağın

“Liverpul” İngiltərə Premyer Liqasında XXVI tur oyununa çıxıb.

Aut.az xəbər verir ki, “qırmızılar” azarkeşləri önündə “Luton”la qarşılaşıb. 5 qolun vurulduğu matç “Liverpul”un qələbəsiylə başa çatıb – 4:1.

Mersisayd təmsilçisində Kodi Qakpo, Vircil Van Dayk, Luis Dias və Harvi Elliot fərqlənib. Qonaqların yeganə qolunu isə Oqbene vurub.

“Liverpul” çempionatda 60 xalla liderdir. “Luton” isə 20 xalla 18-ci sırada qərarlaşıb.