Şahmat

Bir nömrə kral ailəsi ilə görüşdən danışdı – Asan deyil

“Böyük Dəbilqə”nin beşqat çempionu və dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner kral ailəsinin üzvləri ilə görüşləri barədə danışıb.

Aut.az xəbər verir ki, Sinner bu abrədə mətbuat konfransında bildirib:

“Onlarla görüş o qədər də asan olmayıb. Bilirsiniz, mən onlara çox hörmət edirəm və həmişə narahat oluram, çünki heç bir sərhədi keçmək istəmirəm.

Aydındır ki, onlar bu idman növünü həqiqətən sevirlər. Bu, bizim, oyunçuların, onları görəndə yaşadığımız hisslə tam eynidir. Onlar bu istidə günəş altında dörd saat otururlar – çox xoşdur.

Uşaqlardan hələ də oynayıb-oynamadıqlarını soruşdum. Onlar çox xoşbəxt idilər. Bəli, xoşbəxtdirlər. Çox qısa söhbətimiz oldu, amma mənimlə danışmaq üçün vaxt ayırmalarını qiymətləndirirəm”.

Aut.az