Dünya Kubokunun formatı dəyişdi
FİDE ən nüfuzlu turnirlərindən biri olan Dünya Kubokunun formatında dəyişiklik edib.
Aut.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Beləliklə, şahmatçılar pley-off turniri əvəzinə əvvəlcə İsveçrə sistemi ilə seçmə mərhələ, daha sonra isə pley-off mərhələsi oynayacaqlar.
Dünya Şahmat Kubokunun formatı:
Birinci mərhələ: Açıq turnirdə dörd qrup, qadınlarda isə iki qrup olacaq. Vaxt nəzarəti 45 dəqiqə + hər gedişdən sonra 30 saniyə olacaq. Qrossmeysterlər beş gün ərzində doqquz raund oynayacaqlar.
İkinci mərhələ: qrup mərhələsinin nəticələrinə əsasən, açıq turnirdən dörd və qadınlar turnirindən səkkiz oyunçu ənənəvi pley-offa yüksəlir.
Federasiya Dünya Kubokunda iştirakçıların sayını da artırıb: kişilərin turnirində 206 əvəzinə 224, qadınlar turnirində isə 103 əvəzinə 128.
Onu da qeyd etmək lazımdır ki, ümumi mükafat fondu artaraq hazırda 3,3 milyon dollara çatıb. Bütün bu dəyişikliklər qarşıdan gələn 2027-ci il çempionatından başlayaraq tətbiq olunacaq.
Dəyişikliklər təkcə tamaşaçı marağını artırmaq üçün deyil, həm də şahmatçıların təqvimlərindəki yükü azaltmaq üçün nəzərdə tutulub, çünki Dünya Kuboku artıq 19 gün davam edəcək.
Xatırladaq ki, ötən il açıq turnirlərin və qadınlar arasında turnirlərin qalibləri müvafiq olaraq Cavokhir Sindarov və Divya Deşmux olmuşdular.
Aut.az
