Şahmat

Tarixdə ilk: Dünya çempionu titulunu bölüşdülər

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen Nyu-Yorkda keçirilən turnirdə blits üzrə dünya çempionu olublar.

Aut.az xəbər verir ki, final matçında Maqnus ilk iki oyunda qalib gəlsə də, növbəti iki oyunda Yan tarazlığı bərpa edib.

Əlavə üç oyun heç-heçə başa çatıb, bundan sonra Karlsenin təklifi ilə hər iki qrossmeysterə çempion titulunun verilməsi qərara alınıb.

Dünya Blits Çempionatları tarixində belə bir şey olmamışdı.

Aut.az