Konte Kvaratsxeliya məsələsində nöqtəni qoydu
“Napoli”nin baş məşqçisi Antonio Konte Xviçi Kvaratsxeliyanın gələcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Kontenin sözlərini jurnalist Fabritsio Romano sosial şəbəkələrdə sitat gətirib.
“Prezident mənə dedi ki, Xviça qalacaq. Mən buna çox şadam. Kvaratsxeliya və Di Lorentso layihəmizin əsas hissəsidir”, –Konte bildirib.
Ötən mövsüm 23 yaşlı Xviça Kvaratsxeliya bütün turnirlərdə 48 matçda iştirak edib, 12 qol vurub, 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Daha əvvəl 23 yaşlı futbolçunun xidmətində PSJ-nin maraqlı olduğu barədə məlumat yayılmışdı.
Aut.az
